Maide.az

Özbəkistana o, rəhbərlik edəcək

Sentyabrın 8-də Özbəkistan parlamentinin qəbul etdiyi qərarla baş nazir Şövkət Mirziyayev prezidentin səlahiyyətlərini müvəqqəti icra edəcək. Ölkə prezidenti İslam Kərimov ötən həftə vəfat edib. Mirziyayev 1990-cı ildə Özbəkistan Ali Sovetinin deputatı seçilib. Bundan sonra Daşkəndin Mirzə-Uluqbəy rayonunun, daha sonra Səmərqənd vilayətinin rəhbəri seçilib. 2003-cü ildə baş nazir təyin edilib. Yeni prezident seçkilərinin nə vaxt keçiriləcəyi hələ bəlli deyil. (AzadliqRadiosu) /