Maide.az

Özbəkistanda sürüşmə baş verib, ölənlər var

Dünən saat 14.00 radələrində Özbəkistanın Namangan vilayətində sürüşmə baş verib.   Trend-in Özbəkistan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.   Hadisə nəticəsində А-373 М-39 magistral yolunda iki maşın sürüşmə kütləsinin altında qalıblar. Xəsarət alanlara lazımi tibbi yardım göstərilir.   Hadisə yerində müvafiq qurumlar torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması üzrə işləyirlər.