Özbək İslam alimi İstanbulda qətlə yetirildi
Türkiyədə özbək əsilli İslam alimi qətlə yetirilib. Maide.az "islam.ru"-ya istinadən xəbər verir ki, Abdullah Özbək (Buxari) adlı alim İstanbulun Zeytinburnu rayonunda bu səhər təşkil olunan hücum nəticəsində həyatını itirib. İstanbulun Zeytinburnu rayonunda "İhsan Dərnəyi " adlı yerdə elm və İslami dəvət işləri ilə tanınan Özbək Abdulla Xoca ləqəbli "Abdullah Buxari Xoca" bu gün zöhr namazına doğru, dərnək binasının yanında papaqlı bir şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hücum edən şəxs bir dəfə atəş açaraq qaçıb. İstanbul Cərrahpaşa təhsil və araşdırma xəstəxanasına qaldırılan Abdullah Xoca, saat 16.30 sıralarında vəfat edib. Verilən məlumatda Abdullah Özbəkin bir müddət öncə, Özbəkistan Xüsusi Xidmət orqanları tərəfindən təhdid edildiyi bildirilir.