Maide.az

Zaxarovadan Qərbə inanılmaz ittiham: Bu işdə əli var!

Qərb partnyorları Kerç boğazında Ukraynanın fəaliyyəti ilə bağlı məlumatlı idilər.   Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O hətta bildirib ki, Qərbin özünün də bu olayda iştirakı ola bilər.   “Bütün bunlar təsadüfi xarakter daşımır”, - deyə Zaxarova bildirib.   Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.   Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.