Maide.az

Zavodun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gecə saatlarında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bədbəxt hadisə baş verib.   Maide.Az "Report"a istinadla  xəbər verir ki, qəsəbədə yerləşən "Aquavita" zavodunun 1996-cı il təvəllüdlü işçisi Hümbətov Bilal hündürlükdən yerə yıxılıb.   Yaralı qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.