Maide.az

`Zara` mağazasından biabırçılıq, soyunub-geyinmə otaqlarına kamera qoyub

  Bakıda “Zara” mağazasının soyunub-geyinmə kabinələri hissəsinə müşahidə kamerası quraşdırılıb.   Maide.Az bildirir ki, Bakı sakini Xədicə Kərimova Baku.ws-ə şikayətində bildirib ki, ticarət mərkəzlərinin birində yerləşən “Zara” mağazasında paltarı yoxlamaq üçün kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb: “Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”.   Məsələ ilə bağlı “Zara” mağazasından bildirilib ki, şikayət haqda rəhbərliyə məlumat veriləcək.