Maide.az

Zaqatalanın mərkəzi parkında attraksion aşıb, xəsarət alan var

Zaqatalada attraksion aşıb. APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb.   Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülcöhrə Əhməd qızı yüngül xəsarət alıb.   Faktla bağlı araşdırma aparılır.