Maide.az

Zaqatalada meşədə meyit tapılıb

Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.   Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.   Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.   Araşdırma zamanı məlum olub ki,  evli və iki övlad atası olan R. Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.   R. Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.