Maide.az

Zambiya prezidenti dünyasını dəyişib

Zambiya prezidenti Maykl Sata Londonda vəfat edib.   M. Satanın hansı xəstəlikdən öldüyü açıqlanmayıb.      Sentyabrın sonlarında Zambiya prezidenti Nyu-York klinikalarından birinə aparılıb. Daha əvvəl – iyun ayında isə o, İsraildə 1 aya yaxın müalicə olunub.   M. Sata 2011-ci ilin sentyabrında Zambiya prezidenti seçilib.