Maide.az

Zakir Həsənov hələ də cəbhə bölgəsindədir

“Hazırda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir”.   Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidməti rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.   Onun sözlərinə görə, son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir. Nazir bu gün ön cəbhədə olan əsgərlərə baş çəkəcək.   Cəbhə xəttində hazırkı vəziyyəti də qiymətləndirən V.Dərgahlı deyib ki,  təmas xəttində nisbi sakitlikdir.