Maide.az

Zabitləri daşıyan avtobus aşdı: 6 ölü, 16 yaralı

İçərisində Rusiya ordusunun hərbçiləri olan avtobus Cənubi Osetiyada dərəyə yuvarlanıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tsxinval-Kançaveti yolunda baş verən qəza zamanı 6 zabitin öldüyü, 16 nəfərin isə xəsarət aldığı bildirilir. Məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub. Qəza müdafiə naziri Sergey Şoyqu tərəfindən şəxsi nəzarətə götürülüb.