Zərif: Hücumlar BMT qətnaməsi çərçivəsində həyata keçirilib
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran BMT-nin 51-ci qətnaməsi əsasında özünümüdafiə çərçivəsində ABŞ-ın qorxaq sui-qəsdinə cavab verib. Maide.Az xəbər verir ki, M.C.Zərif deyib ki, İran ABŞ-ın ölkə vətəndaşına və rəsmilərinə qarşı qorxaq sui-qəsdinə cavab verib. M.C.Zərif deyib ki, biz gərginiliyi artırmaq və ya müharibə etmək niyyətində deyilik. Lakin hər bir hücum qarşısında özümüzü müdafiə edirik. ABŞ prezidenti Donald Tramp hücumlara Tvittet üzərindən münasibət bildirib: "Raketlər İrandan İraqda yerləşən iki bazamıza atılıb. Tələfat və itkinin hesablamasını aparırıq. Hər şey normal gedir. Mən sabah bəyanat verəcəyəm".