Maide.az

Zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.   Maide.Az bildirir ki,bu barədə FaktXəbər-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.   Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.   Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.   Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.   Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.