Maide.az

Zəlzələ, sunami, fəlakət - Risk böyükdür

Qlobal istiləşmə güclü sunamilərin sayını artıracaq, indi təhlükəsiz, qoruma altında hesab edilən ərazilərdə böyük dalğalar olacaq.   Maide.Az "Sputnik"ə  istinadla xəbər verir ki, ABŞ Virciniya ştatının Politexnik Universitetinin alimləri Makao və Çinin gələcək taleyini araşdırıb.    Onların fikrincə ərazinin təhlükəli hesab edilməsi üçün 8,8 bal gücündə zəlzələ olmalıdır.    Hətta zəlzələ olmasa belə, 2060-cı ilə qədər dəniz səviyyəsi yarım metr arta bilər ki, bu da  böyük dalğalar riskini 2 dəfə artırır. 2100-cü ildə su 1 metr qalxdığı zaman təhlükə 4,7 faiz artacaq.    Təhlükənin əsas mənbəyi Manila çökəkliyi, Cənubi Çin dənizinin dibində iki tektonik plitənin toqquşması nəticəsində ortaya çıxan əhəmiyyətli çatlaqdır. Bu, çoxsaylı zəlzələlərə səbəb olur.   Həmin ərazilərdə zəlzələnin maksimum gücü 7,8 baldan çox olmayıb. Bu fəlakət 1560-cı illərdə baş verib. Ancaq önümüzdəki onilliklərdə kiçik zəlzələlər qatil dalğalara səbəb olmaq üçün yetərli olacaq — bu, kompüter simulyasiyası ilə təsdiqlənir.   Alimlər Cənubi Çinin yüksəlməyə meylli olması və ətrafında sıx şəhərlər yerləşməsi səbəbindən onu araşdırmağa başlayıblar. Çünki burada qlobal istiləşmənin mümkün nəticələri daha çox ortaya çıxacaq.   Ancaq bu o demək deyil ki, digər ərazilər təhlükəsizdir. Alimlər təbii fəlakətlərdən daha çox zərər görə biləcək ərazilərin siyahısını tutub. Bura Tokio, İyokoqama, Manila, Osaka, Cakarta, Naqoya, Kəlkətə, Şanxay, Los-Anceles, Tehran və s. şəhərlər daxildir.