Maide.az

Zəfəran bir çox xəstəliyin dərmanıdır

Zəfəran - süsənkimilər fəsiləsinə aid bitki cinsidir. Bu bitkinin 1 qramı 100 000 qram (100 litr) suyu sarı rəngə boyayır. Bitkilər aləminin "örtülütoxumlular" şöbəsinin "ikiləpəlilər" sinfinin "quzqonmazçiçəklilər" sırasının "süsənkimilər" fəsiləsinə aid olan bitkidir. Gövdə demək olar ki, inkişaf etmir. Yarpaqlar kök ətrafında yerləşərək rozet əmələ gətirir. Bu bitki yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur.    Maide.Az xəbər verir ki, mətbəxlərin əvəzolunmaz ədviyyatı zəfəran, yüksək təzyiqdən tənəffüs sistemi şikayətlərinə qədər bir çox xəstəliyə çarədir. Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahsızlık, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur. ABŞ, Yaponiya, Rusiya, İspaniya, Fransa, Rumıniya və İngiltərədə siçanlar üzərində aparılan təcrübələrdə də zəfərandan istifadə olunur.   Zəfəran, xalq arasında zərdəçalada oxşadılır. Halbuki zəfəran, tamamilə fərqli bir bitkidir və tarixi bir keçmişə malikdir. Zəfəran bir çox narahatlığa yaxşı təsir bağışlayır. Cənub-qərbi Asiyada bitən zəfəran Sativus bitkisindən əldə edilən bir ədviyyatdır. Buna görə də dünyanın ən bahalı ədviyyatı kimi tanınır. Hər zəfəran bitkisində maksimum dörd çiçək yerləşir və hər çiçək üç tünd qırmızı təpəciyə malikdir. Biçində əllə toplanan yarpaqları qurudulur.   DƏRMANLARIN KRALI   Zəfəran, yeməklərə parlaq sarı rəng verir. Qeyri-adi dadı və yeməklərə verdiyi xüsusi rəngə görə, zəfəran Ərəb, Orta Asiya, Avropa, Hind, İran və Mərakeş mətbəxlərində geniş istifadə edilir. Botanika elminin atası kimi qəbul edilən Teofraste, zəfəranı dərmanların kraliçası adlandırmışdır.   XƏRÇƏNG QARŞIDIR   Hər il dünyada 7.5 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir. Elmi tədqiqatlarzamanı məlum olub ki, zəfəran mahiyyəti və əsas aktiv komponentləri xərçəngə qarşıdır. Zəfəran  xərçəng şişini azaldır və şişin yayılmasının qarşısını alır.   İNSANA GÜMRAHLIQ VERİR   Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir. Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir. Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır. Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Zəfəranın güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.   DİGƏR FAYDALARI   Zəfəran orqanizmin immun sistemini gücləndirir, bədənin ümumi tonusunu qaldırır. Hazırda zəfəran dünyanın kosmetika sənayesində də geniş istifadə olunur. Xüsusilə təbii kremlərin hazırlanmasında zəfəran bitkisi əsas komponentlərdən biridir.    Həmçinin bu bitki qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır.   Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir. Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir. Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir. Sidik kisəsi və böyrəkləri təmizləyir. Cinsi fəallığı artırır. Görmə qabiliyyətini yaxşılaşdırır. Alkoqol asılılığını müalicə edir. Vaxtsız qocalmanın qarşısını alır. Astma və bronxit xəstəliklərinin müalicəsində faydalıdır. Qaraciyər və öd kisəsi üçün xeyirlidir. Zəfəran həmçinin soyuqdəymə zamanı temperaturu aşağı salır, öskürəyi kəsir. Müntəzəm istifadə edildikdə dəriyə müsbət təsir göstərir. Diş ətini xəstəliklərdən qoruyur.   BUNLARA DİQQƏT EDİN   Zəfəranı uzun müddət saxladıqda o öz faydalı xüsusiyyətlərini itirir. Ədviyyat quru və sərin yerdə saxlanılmalıdır.   Zəfərandan qədərindən artıq istifadə xoşagəlməz hallarla müşahidə oluna bilər. Buna görə də ondan az miqdarda istifadə olunmalıdır. Hamilə qadınlara zəfərandan istifadə etmək məsləhət görülmür. O cümlədən 2 yaşına qədər uşaqların qida rasionuna zəfəranı daxil etmək olmaz.⁠⁠⁠⁠(tebyan)