Üzən məscid tikilir
Birləşmiş Ərəb Əmirliyində balıqçılar və dənizdə çalışanlar üçün üzən məscid tikiləcək. Maide.Az xəbər verir ki, məscidin layihəsini Hollandiyalı memar hazırlayıb və BƏƏ Vəqflər və İslami İşlər idarəsinə təhvil verib. Məscidin tikintisinə icazə verilib və tezliklə onun tikintisi başlanılacaq. Məscid gəmi formasında tikiləcək və üstü açıq olacaq. Məsciddə elektrik enerjisi günəş enerjisi ilə təmin olunacaq.