Maide.az

Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində təmir işləri ilə hərəkət məhdudlaşdırılır.   Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.   Bildirilir ki, aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq, dekabrın 8-dən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.   Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.