Maide.az

Yüz il bundan əvvəl itmiş sualtı qayıq tapılıb

Papua-Yeni Qvineya sahillərində 1914-cü ildə itmiş Avstraliya Hərbi Dəniz Qüvvələrinin HMAS AE1 sualtı qayığı tapılıb.   Trend-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avstraliya Müdafiyə Nazirliyinin yaydığı məlumatda bildirilir.   Bildirilir ki, qayıq 300 metr dərinlikdə aşkar edilib.   HMAS AE1 sualtı qayığı 1914-cü ilin sentyabrında Yeni Britaniya adasının Rabul limanının yaxınlığında yoxa çıxmışdır.