Maide.az

Yuxu ilə bağlı doğru bildiyimiz 9 YANLIŞ

Cəmiyyət arasında yuxu ilə bağlı söylənən və edilən bir neçə deyim var ki, əslində olan yanlışdır.    Maide.Az “Haber7.com”a istinadən xəbər verir ki, bu yanlış doğru kimi uzun müddət edildiyi təqdirdə fəsadlara səbəb ola bilir.   Unutmamaq lazımdır ki, lazım olan qədər və rahat yuxu insan sağlamlığı üçün çox vacibdir. Bir çox problemlərin kökündə yuxusuzluq və doğru şəkildə yatmamaq dayandığı üçün buna xüsusi önəm vermək lazımdır.   Acıbadem Universitetinin nevroloji mütəxəssisi Murad Aksu yuxu ilə bağlı doğru zənn edilən 9 yanlışdan danışıb. Onları təqdim edirik:   1. Yuxu ən az 8 saat olmalıdır – Yanlış   Yuxu müddəti insandan insana dəyişir. Kim neçə saat yataraq rahat ola bilirsə, o qədər də yatmalıdır – Doğru   2. Axşam içəcəyim bir fincan qəhvə yuxumu pozmaz – Yanlış   Qəhvə və çayda yer alan maddələr insanı yuxuya verən beyin hüceyrələrinə mənfi təsir və yatmağı gecikdirir – Doğru   3. Az yatmaq daha yaxşıdır – Yanlış   Az yatmaq orqanizmin fəaliyyətini pozur, həzm prosesinə mənfi təsir edir və artıq çəkinin yaranmasına səbəb ola bilir – Doğru   4. Xoruldamaq yalnız artıq çəkili insanların xəstəliyidir – Yanlış   Artıq çəkili olduqları üçün xoruldamırlar, xoruldadıqları üçün artıq çəkilidirlər – Doğru   5. Hər növ yuxusuzluq probleminin diaqnozu üçün yuxu analizi vacibdir – Yanlış   Yuxu analizi deyilən “polisomnografi” hər yuxu probleminin diaqnozunda vacib deyil. Şikayətlərə görə dəyişir – Doğru   6. Gecə yatmadığım üçün gündüz yatmalıyam – Yanlış   Beyin gecə yatmaq, gündüz oyaq qalmaq üçün nizamlanıb – Doğru    7. Gec yatdığım üçün səhər gec oyanmalıyam –Yanlış   Oyanmaq vaxtı mümkün qədər sabit olmalıdır - Doğru   8. Yatmazdan öncə nə qədər çox yorulsam, o qədər rahat yataram – Yanlış   Yorğun olduğumuzda yuxuya getmək çətinləşir. Yuxuya getmədən bir neçə saat öncə ağır fiziki işlər görülməməlidir – Doğru   9. Yataqda kitab oxumaq, telefonlar oynamaq və televizor izləmək yuxuya getməyi asanlaşdırır – Yanlış   Bunlar yuxu rejimini pozan vərdişlərdir - Doğru