Maide.az

YUNİSEF Yəməndə uşaqların həlak olması barədə hesabat verdi

Maide.az-ın məlumatına görə, BMT Uşaq Fondunun nümayəndəsi Culian Harniş deyib ki, Ərəbistanın Yəmən ərazisinə hava təcavüzündən həlak olan yəmənli uşaqların sayı 2014-cü ildə bu ölkədə həlak olanlardan 4 dəfə çoxdur: "Ərəbistanın Yəmənə hava hücumlarında ən azı indiyə qədər 279 yəmənli uşaq həlak olub, 402 uşaq da yaralanıb. Halbuki ötən il Yəməndəki de-stabil vəziyyət nəticəsində 74 uşaq həlak olub, 244 uşaq da yaralanıb."    Bu arada İnsan Haqları Komissarlığının sözçüsü Robert Kloyl bildirib ki, iyununun 11-dən 15-ə qədər təxminən 50 Yəmən vətəndaşı, o cümlədən 18 uşaq, 11 qadın Ərəbistanın hava hücumları nəticəsində həlak olub: "Ərəbistanın Yəmənə hava hücumları başlandıqdan sonra 1412 yəmənli həlak olub və 3423 nəfər də yaralanıb."    Ərəbistan ötən mart ayının 26-dan ABŞ-la əlbir olaraq Yəmənin müxtəlif bölgələrinə hava hücumları edib və bu hücumlar indiyə qədər minlərlə insanın həyatına son qoyub və minlərlə nəfərin də yaralanmasına səbəb olub.