Maide.az

YUNİSEF milyonlarla uşağın peyvənd edilmədiyini açıqladı

Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (YUNİSEF) tibb heyətini koronavirusla mübarizəyə qarşı hərəkətə keçirdiyi üçün Qərbi Asiya və Şimali Afrikada beş yaşından aşağı 10 milyon uşağa və 15 yaşdan aşağı təxminən 4,5 milyon uşağa peyvənd vurulmasının dayandırıldığı xəbərdarlığını edib.   Maide.Az xəbər verir ki, "Əl-Cəzir"-nin xəbərinə görə, YUNİSEF-in Bazar günü yayımladığı açıqlamada bildirilir ki, beş yaşdan aşağılar uşaq iflici, 15 yaşdan aşağılar isə qızılca riski altındadır.   YUNİSEF koronavirusun ortaya çıxmasına baxmayaraq, Qərbi Asiya və Şimali Afrikadakı bəzi ölkələrdə uşaqların peyvəndlənməsinin davam etdiyini bildirib.   YUNİSEF-in Qərbi Asiya və Şimali Afrika Region direktoru bütün uşaqların uşaq iflici, vəba, qızılca, difteriya və hepatit kimi ölümcül xəstəliklərə qarşı profilaktik tədbirlər görülərək - əlcək, tibbi geyimlər, maskalar kimi şəxsi əşyalar - peyvəndləndiyini açıqlayıb.