YUNİSEF: Yəməndə 2016-cı ildə 23 min yeni doğulmuş körpə öldürülüb.
BMT-nin Uşaq Fondunun (YUNİSEF) cümə günü Yəmənli uşaqların durumu ilə bağlı yeni hesabat açıqlayıb. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, YUNİSEF-in hesabatına əsasən Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 2016-cı ildə 23 min yeni doğulmuş körpə öldürülüb. YUNİSEF Yəməndəki bu böyük faciə və humanitar böhrana görə məsuliyyəti Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiyanın daşıdığını bildirib. YUNİSEFİN hesabatında bildirilir ki, 2016-cı ildə qarşısı alına biləcək səbəblərdən 4272 ana və 23 min yeni doğulmuş körpə öldürülüb. YUNİSEF Yəmənli ana və uşaqların müdafiəsi üçün yeni strategiya qəbul edib. “Yeni strategiyaya əsasən , xəstə uaşaqları qorumaq və dəstəkləmək məqsədilə səhiyyə xidmətləri nəzərdə tutulacaq. Qeyd edək ki, bundan öncə BMT-nin Uşaq Fondu bəyanat yayaraq bildirmişdi ki, pis qidalanmaya görə Yəəndə 400 mindən çox uşaq ölüm təhlükəsi ilə üz-üzədir. Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub.