Maide.az

YUNİSEF: Suriyada köməyə ehtiyacı olan 5 milyon uşaq var

Suriyada köməyə ehtiyacı olan 5 milyon uşaq var.   Maide.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Culyet Tuma bildirib.   Onun sözlərinə görə, BMT-nin uşaq fondunun (UNICEF) Suriyanın şimal-qərbində humanitar yardımların göstərilməsi üçün 19 milyon dollara ehtiyacı var.    O deyib ki,  bu, ölkədə uşaqların böyük humanitar ehtiyacı üçün zəruridir.