YUNİSEF: Çirkli hava körpələrin beyinlərinə zərər verir
BMT-nin Uşaq Fondu (YUNİSEF) çirkli havanın körpə uşaqların beyinlərinə zərər verməsi ilə bağlı xəbərdarlıq edib. Maide.Az YUNİSEF-in saytına istinadən xəbər verir ki, qurumun xəbərdarlığında bildirilir ki, 1 yaşınadək 17 milyon uşaq zəhərli hava ilə nəfəs almağa məcburdur. Havanı çirkləndirən maddələr inkişafda olan həmin körpələrin biyinlərinə ziyan vura bilər. Məlumatda bildirilir ki, çirkli hava daha çox Cənubi Asiyada olan uşaqlar üçün təhlükəlidir. 12 mln. nəfərdən çox körpə çirklilik dərəcəsi 6 dəfə çox rayonlarda yaşayır. Dha 4 milyon nəfər isə Şərqi Asiya və Sakit Okean bölgələrində bu riskə məruz qalır. YUNİSEF blidirir ki, çirklənmiş hava tənəffüslə beyinə zərər verə bilər və onun inkişafına mənfi təsir göstərər.