YUNESKO: 2018-2019-cu illərdə qaynar nöqtələrdə 67 jurnalist öldürülüb
2018-2019-cu illərdə silahlı münaqişələr baş verən ölkələrdə 67 jurnalist öldürülüb. Bu barədə YUNESKO-nun hesabatında deyilir. Hesabata əsasən, öldürülən jurnalistlərdən 23-ü birbaşa münaqişəni işıqlandırıb. Bundan əlavə, qeyd edilir ki, münaqişələri işıqlandıran jurnalistlər hədələrə, saxlanılmalara məruz qalır. Bunun əlaqədar BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, baş katib bütün dünyada jurnalistlərə hücumlardan narahatdır.