Yunanıstan və Bolqarıstanda Türkiyəyə etirazlar olub
Maide.az xəbər verir ki, Yunanıstanda minlərlə rusiyayönümlü fəal Afinanın Sintaqma meydanında toplaşıb. Aksiyanı alovlandıran əsas amil "Su-24" rus qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulması faktı olub. Nümayişçilər Rusiya parlamentinin qarşısında, eləcə də Avropa Birliyinin nümayəndəliyi qarşısında toplaşaraq NATO əleyhinə şüarlar səsləndiriblər. Yürüş Türkiyə səfirliyi istiqamətində davam edib. Bolqarıstanda da analoji aksiya təşkil edilib. Etirazçı kütlə paytaxt Sofiyada Türkiyə səfirliyi binası qarşısında toplaşıb.