Maide.az

Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var

Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş verib.   Zəlzələnin episentri İraklion şəhərindən 20 kilometr məsafədə, yerin 2 kilometr dərinliyində qeyd alınıb.   Hadisə nəticəsində bir nəfər həlak olub, daha 9 nəfərin isə xəsarət aldığı deyilir.   Qeyd olunub ki, birinci təkandan sonra 3,6 bal, 3,7 bal və 4,3 bal gücündə ard-arda üç təkan qeydə alınıb. / Trend/