Yunanıstanda “Quranda və İncildə həzrət İsa ibn Məryəm (ə)” adlı sərgi
Yunanıstanın paytaxtı Afinada “Quranda və İncildə həzrət İsa bin Məryəm (ə)” adı ilə ərəb dili xəttatlıq nümunələri sərgisi təşkil olunub. Maide.Az xəbər verir ki, sərgi Misirin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. Sərgidə Həzrət İsa (ə) haqqında İncil və Quranda zikr olunan cümlələr xəttatlıq olunub. Sərgi çərçivəsində xəttatlıq öyrənmək istəyən şəxslər üçün master-klas təşkil olunur.