Maide.az

Yoxa çıxan satirik şairin anası: `Oğlumu oğurlayıblar`

Sosial şəbəkələrdə öz satirik şerləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-i axşamdan yoxa çıxıb.   T.Həsənlinin anası özünün videomüraciətində bildirib ki, onu məhz satirasına görə oğurlayıblar.   "O, ətrafında gördüyü hər şeyi şerə çevirirdi" - deyə şairin anası bildirib.   Şahidlərin sözlərinə görə, satirik saat 21:00-a yaxın Qala qəsəbəsində mağazaya girərkən naməlum şəxslər onu maşına əyləşdirərək aparıblar.   "Turan" agentliyinin sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, T.Həsənlinin oğurlanması barədə onlara məlumat daxil olmayıb.   "Ailə üzvləri polisə müraciət etməli və ya 102 saylı nömrəyə zəng etməlidirlər" - DİN mətbuat xidmətindən qeyd olunub.   Xatırladaq ki, T.Həsənli öz şerlərində radikal dindarları, dövlət məmurlarını kəskin tənqid edir.