Maide.az

Youtube-də təhlükəli virus aşkarlanıb

Kiber təhlükəsizliyi üzrə  mütəxəssislər istifadəçilərin  məlumatlarını oğurlayan  virus barədə həyəcan təbli çalıb.    Maide.Az   xəbər verir ki, bu barədə  “Dr.Web” kompaniyasının eksperi öz bloqunda  məlumat verib.    Belə ki,  “Trojan.PWS.Stealer.23012” və  “Trojan.PWS.Stealer.23198” adlı viruslar kompüterin ekranın şəkilini çəkmək (scrinşot) , faylları və şəkilləri götürmək,  həmçinin brauzerlərdə saxlanılan  loqin  və şifrələri  kopyalamaq gücünə malikdir.    Virusun işləmə mexanizmi də sadədir. Belə ki,  Youtube-də olan videoların altında  şərh formasında  müxtəlif  “lazımlı” proqramlar və oyunların  olması ilə bağlı link verilir.    İstifadəçini inandırmaq üçün  real görünən  saxta profillərdən istifadə olunur.    Qeyd edək ki, son zamanlar  Windovs platformalı kompüterlər bu cür haker hücumlarına tez-tez məruz qalır.