Maide.az

Yol qəzasında 4 nəfər ölüb

Tərtərdə ağır yol qəzası baş verib.   2 nəfər ölüb, 4 nəfərsə ağır yaralanıb.   APA-nın məlumatına görə, qəza rayonun Bəyimsarov kəndində baş verib.   Tərtər rayon Sarov kənd sakini İnam Paşazadəyə məxsus VAZ-21099 markalı maşınla Bərdə rayon sakini Elməddin Camalova məxsus VAZ-21214 markalı maşın toqquşub.   Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, İnam Paşazadə, sərnişinlər Yavər Kərimli, Anar Əlizadə və Goranboy rayon Xanqərvəd kənd sakini Babək Baxşəliyev xəstəxanaya aparılarkən yolda keçiniblər.   VAZ-21214 markalı maşının sürücüsü Elməddin Camalov və onun maşında olan sərnişin 1 Yavər Qocamanov isə ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.   Məlumata görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir. /