Maide.az

İyirmidən çox asteroid Yerə yaxınlaşır

  Yaxın günlərdə çoxlu sayda asteroid Yerin yaxınlığından keçəcək.   Trend-in məlumatına görə, oktyabrın 19-da ölçüsü 1,5 metrdən 46 metrədək olan altı asteroid Yerə yaxınlaşacaq.   Onlardan ən yaxını planetə 150 min kilometr məsafədə keçəcək.   Oktyabrın 20-də isə 10 asteroid Yerin yaxınlığından keçəcək. Ölçüsü 7 metrdən 73 metrədək olan asteroidlərin ən yaxın uçuş məsafəsi 690 min kilometr təşkil edəcək.   Daha 6 asteroid isə oktyabrın 21-də qeydə alınacaq. Həmin gün asteroidlərdən biri 46 min kilometrədək, yəni rabitə peyklərinin yerləşdiyi orbitə 10 kilometr məsafəyə yaxınlaşacaq.   Bu asteroid yağışının Yerə hər hansı bir zərərinin olmayacağı bildirilir.