Maide.az

Yer kürəsinin temperaturu yaxın 5 ildə rekord həddinə çatacaq

Alimlərin proqnozlarına görə, yaxın 5 ildə Yer kürəsinin temperaturu rekord həddinə çatacaq. Belə ki, 2018-ci il ardıcıl istilərin hökm sürdüyü dördüncü il kimi tarixə düşüb.     Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,İngiltərənin hidrometrioloji proqnozlar bürosunun məlumatına görə, gələcək 5 il daha da isti olacaq.   Onlar hətta temperaturun əvvəllər heç görülməmiş rekord həddinə çata biləcəyini proqnozlaşdırırlar.    ABŞ-ın iki hidrometeorologiya departamenti, İngiltərə hidrometeorologiya departamenti və Ümumdünya Meteorologiya Təşkilatı bütün dünyanın temperaturunu müxtəlif üsullarla təhlil etsələr də, hamısı eyni nəticəyə gəliblər. 2018-ci il 2015-2017-ci illərdən sonra isti keçən dördüncü ildir.   NOAA təşkilatının açıqlamasına görə, 2018-ci ildə orta temperatur həddi 14.69 C olub. Bu isə iyirminci əsrin orta temperaturundan 0.79 C yüksəkdir.    İngiltərənin Hidrometeorologiya departamentinin açıqlamasına görə isə, gələcək 5 ildə illik orta temperatur 14.73 C-dən 15.28 C-yə kimi arta bilər. Nəticədə keçən illərdən daha artıq istilərin olması gözlənilir.