Maide.az

Yerevan polisi aksiyaçıları güclə hədələyib

Yerevan polisi elektrik enerjisinin bahalaşmasına qarşı çıxan etirazçıları Baqramyan prospektini boşaltmağa çağırıb.   Polis rəisi Valeri Osipyan hesab edir ki, etirazçıların tələblərini bildirməsinə lazımınca vaxt verilib.   O qeyd edib ki, əgər aksiyaçılar başqa əraziyə keçməsələr, polis güc tətbiq etməli olacaq.   Ermənistanın baş prokurorluğu iyunun 23-də aksiya dağıdılarkən polisin güc tətbiq etməsinin qanuniliyi ilə bağlı istintaq aparılmasını müraciət edib.   Rəsmi məlumata görə həmin vaxt 237 aksiyaçı saxlanıb, onlardan 7-si yaralanıb, 3-ü isə xəstəxanaya düşüb.   İyulun 2-də bəlli olub ki, müstəntiqlər aksiya zamanı jurnalistlərin fəaliyyətinə imkan verilməməsi faktı ilə bağlı cinayət işi açıblar./