Maide.az

Yerevan-Moskva reysi ilə uçan təyyarə məcburi eniş edib

Yerevandan Moskvaya uçan sərnişin təyyarəsi ekipaj komandirinin qərarı ilə sərnişinlərdən birinin qeyri-adekvat davranışına görə Volqoqradda məcburi eniş etməli olub. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.   Agentlikdəki mənbənin məlumatına görə, təyyarə Moskva vaxtı ilə saat 22:30-da Volqoqradda yerə enib.   Enməyə səbəb Avropa ölkələrindən birinin, çox güman ki, Norveç vətəndaşı olan sərnişinin özünü qeyri-adekvat aparması və başqa sərnişinlərin təhlükəsizliyini təhdid etməsi olub. Belə ki, sərnişin təyyarənin salonunda ora-bura qaçıb, pilot kabinəsinin qapısını döyüb. Volqoqradda kişini reysdən kənarlaşdırıblar. İlkin məlumata görə, bu şəxsdə psixoloji problemlər olub.   Üç saatdan sonra təyyarə Moskvaya uçuşu davam etdirib. Salonda 130 sərnişin olub.