Maide.az

Yeraltı təkanlar İraqa keçdi - 5,5 bal

İraqın şərqində, İranla sərhəd bölgəsində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yeraltı təkanlar Bağdaddan 130 kilometr şərqdə və İranın İlam şəhərindən 60 kilometr qərbdə baş verib.   Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində qeydə alınıb.   Hadisə nəticəsində xəsarət alanlarına olub-olmaması barədə hələ məlumat verilməyib.