Maide.az

Yerə asteroid yaxınlaşır – “potensial təhlükə” hesab olunur

Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.   Trend NASA-ya istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur.    Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.   Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.