Maide.az

Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib

Yeni Zelandiyanın Raul adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.   Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib (USGS).   Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 01:56-da qeydə alınıb. Yeraltı təkanların episentri adanın şəhərindən 80 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.   Tələfat və dağıntılar barədə məlumat verilməyib. /Trend