Yeni Zelandiyada yeni məscid və islami mərkəz istifadəyə veriləcək
Yeni Zelandiyanın Timaru şəhərində yeni məscid və islami mərkəz istifadəyə veriləcək. Maide.Az “stuff” a istinadən xəbər verir ki, bunu Timaru şəhər müsəlman təhsil fondunun rəhbərlərindən olan Mənsur Əli Şah deyib. Onun sözlərinə görə, 425 min dollar dəyərində bina alınaraq məscid və İslami mərkəz kimi formalaşdırılacaq yaxın 5 ay ərzində istifadəyə veriləcək. “Məscid və İslami mərkəzdə İslam təlimləri yeniyetmə və gənclərə öyrədiləcək. Onlar üçün İslamı tanımaqla yanaşı həmdə təhsil imkanları yaradılacaq.”