Maide.az

Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-2 (VİDEO)

Yeni Zelandiyada məscidlərdə törədilmiş terror nəticəsində ölənlərin sayı 49-a çatıb.   "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə polis komissarı Mayk Buş mətbuat konfransında bildirib.   "Ölənlərin ümumi sayı 49-dur", - o deyib.     *** Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern iki məsciddə törədilmiş törror hadisəsi zamanı  40 nəfərin həyatını itirdiyini bildirib.    Maide.Az “AA”-a istinadla xəbər verir ki, O bu hadisənin ölkənin “ən qara günlərindən birinə” çevrildiyini vurğulayıb.    “Burada baş verənlər qeyri-adi, görünməmiş zorakılıq hadisəsidir”, – o, sözlərinə əlavə edib.   Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb.    Yaralananlar xəstəxanaya yerləşdiriliblər.   Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 terrorçu saxlanılıb. Məscidə hücum zamanı onlarla insan yaralanıb.  Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".