Maide.az

Yeni Zelandiyada məscidə silahlı hücum nəticəsində 30 nəfər həyatını itirib - VIDEO

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 terrorçu saxlanılıb.   Maide.Az xəbər verir ki, bunu polis komissarı Mayk Buş deyib.   Zelandiya polisi bildirib: "Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq".   Qeyd edək ki, "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 30 nəfər ölüb,  xəstəxanalara təqribən 30 yaralı çatdırılıb.