Maide.az

Yeni təhsil naziri təyin edildi

Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.   Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.    1982-ci il təvəllüdlü Emin Əmrullayev buna qədər Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olub. 2016-cı ildən Təhsil İnstitutunun direktor əvəzi vəzifələrində çalışıb.   O, ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.   Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək, Xarici işlər naziri təyin edilib.