Maide.az

Yeni koronavirus səbəbi ilə təcili iclas çağrıldı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.   Bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.   Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".   Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək. /Trend