Yeni binaların idarə edilməsindəki problemlər -VİDEO
Sakinlər bir çox halda yeni çoxmənzilli binaların idarə edilməsindən narazılıqlarını ifadə edirlər. Çünki əsasən MTK-lar tərəfindən həyata keçirilən bu xidmət zamanı sakinlərin iştirakı demək olar nəzərə alınmır. Halbuki, bu cür narazılıqlarla qarşılaşmamaq üçün sakinlərin idarəetmədə birbaşa iştirakı vacib sayılır. İqtisadiyyat Nazirliyinin mənzil kommunal siyasəti şöbəsinin müdiri Nızamı Qasımov qeyd edir ki, vətəndaşların mənzili alandan sonra bu işlərlə çox da maraqlanmaması MTK-lara idarəetmə üçün fürsət yaradır..Nəticədə ya sakindən əlavə haqq tələb olunur, ya da özbaşına qərar qəbul edilir. Əslində isə belə binaların idarə edilməsi qanunvericilikdə birmənalı göstərilib. Ancaq bundan sonra sakinlər yığışıb ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yəni öz idarəetmələrini qurmalı və ya başqa bir idarəçini dəvət etməlidirlər. Əgər MTK-lar bu işi vətəndaşlara təhvil vermək istəməsə , o zaman sakinlər məhkəməyə müraciət etməlidir. (xezerxeber)