Maide.az

Yenədə uşaq ölümü, əkizlərdən biri doğuş zamanı ölüb

Bərdədə yeni doğulan uşaq ölüb. Hhadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.    A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.   Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.   Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.