Maide.az

Yeməyə xüms düşürmü?

Vüsal Alış: Xüms verməyən qohumum məni evinə, iftara dəvət edib. Onun evində yemək yedikdən sonra o yeməyin miqdarının xümsünü mən özüm çıxarmalıyammı?     Cavab: Əgər ev sahibinin xüms verməməyindən əminsizsə, yediyiniz yeməyin xümsünü çıxarmalısınız. Əgər şəkk eləsəniz ki, ev yiyəsi xüms verir, ya yox, onda xüms çıxarmanız lazım deyil.