Maide.az

Yay qəbul imtahanlarının keçirilmə vaxtları – Dəqiq tarixlər

I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları 23 iyunda keçiriləcək.   Maide.Az "Modern.az"a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.   II və III ixtisas qrupu üzrə imtahanlar isə iyulun 7-də baş tutacaq.   Xatırladaq ki, yay qəbul imtahanlarına ərizə qəbulu iyunun 12-dək davam edəcək.