Maide.az

Yayda uşaqlarınıza bu qidaları yedizdirin - SİYAHI

  Körpənizin yay aylarında daha sağlam və sevərək yediyi meyvə-tərəvəzlərlə qidalanması mümkündür. Yay mövsümündə körpələrə yedizdirməli olduğunuz sağlam qidaların siyahısını təqdim edirik:   Kiçik qırmızı meyvələr Böyürtkən və albalı ehtiva etdikləri antioksidanlar baxımından böyükdən kiçiyədək hər kəs üçün son dərəcə sağlam qidadır. Kalium baxımından da zəngindir. Beləliklə, tərləmə ilə itirilən mineralların bədəndə tarazlığını də təmin edir. Ancaq albalının tumlarını çıxarmağı unutmayın.   Qarpız Tumlarını çıxarmağı unutmaq olmaz. Kalium və ümumi sağlamlıq baxımından əhəmiyyət daşıyan likopenlə zəngindir. Eyni zamanda gündəlik maye ehtiyacının ödənilməsinə da dəstək olur. Qarpızı əzərək və ya içki halına gətirərək də körpəyə vermək mümkündür.   Banan Yay-qış fərq etmədən körpələrin ən sevdiyi qidalara başçılıq edir. Banan yaxşı karbohidrat və kalium qaynağıdır. Bananı adi formada yeməkdən bezən körpələr üçün evdə hazırlayacağınız banan dondurması sizin üçün ideal çıxış yoludur.   Banan dondurması hazırlamağın qaydası: Ərzaqlar: 1 ədəd banan, 2-3 dondurulmuş böyürtkən, 1 çay qaşığı toz vanil   Hazırlanması: Bananları soyun, buzluqda yağlı kağız üzərində dondurun. Donmuş bananları, böyürtkəni vanil qataraq blendrdan keçirin. Kasada süfrəyə təqdim edə bilərsiniz.     Armud Allergiya yaratma ehtimalı ən aşağı meyvələr sırasında olan armud, xüsusilə, qəbizlik problemi olan körpələr üçün son dərəcə ideal seçimdir. Armud ehtiva etdiyi minerallar baxımından da körpə qidalanmasında əhəmiyyətlidir. Armudu uşağınıza bişmiş püre formasında da verə bilərsiniz. Armudu yuyun, soyun və dənələrini çıxarın. Sobada uyğun istilikdə yumşalana qədər bişirin. Sobadan götürdükdən sonra çəngəllə əzin və uyğun formada soyuduqdan sonra süfrəyə qoyun.     Balıq Ehtiva etdiyi Omega-3 yağ turşusu zehnin inkişafında əhəmiyyətli rol oynayır. Bəzi körpələrin balığı sevməsi və ya alışması daha çətindir. Bu səbəbdən də müxtəlif yemək formasında uşaqlara vermək olar. Yemək formlarından biri də balıq keksidir.   Ərzaqlar: 1 ədəd orta boy kartof  1 kiçik boy kök  1 çay qaşığı kərə yağı  Yarım stəkan süd  60 qram somon balığı   Hazırlanması: Sobanı 180 dərəcədə isidin. Kökləri yumru-yumru doğrayıb soyuq suda qaynadın. Kartofları da qaynadın, sonra süd və kərə yağı ilə püre halına gətirin. Kök və kartof püresini qarışdırın. Somonun hər iki tərəfini tavada bişirib kiçik parçalara ayırın. Qarışıma əlavə edib bir neçə dəfə də qarışdırın. 15 dəqiqə əvvəldən isidilmiş sobada bişirin.   Qırmızı ət Körpələr ilk 9 aylarını tamamladıqdan sonra yay-qış fərq etmədən qidalanmada mütləq yer almalıdır. Çünki qırmızı ət həm dəmir, həm də zülal baxımından zəngin tərkibli qidalara başçılıq edir. Qırmızı əti körpəyə müxtəlif bişirmə üsulları ilə verə bilərsiniz. Bunlardan biri də bifşteksdir.   Ərzaqlar: 100 qramlıq bifşteks  1 yemək qaşığı zeytun yağı   Hazırlanması: Zeytun yağını bifşteksə hopdurduqdan sonra sobada suyunu itirməyəcək şəkildə 10 dəqiqə bişirin. Bişirmə əməliyyatından sonra kiçik parçalara ayırın. Körpəniz çeynəmə qabiliyyətinə yiyələnməyibsə, blendrdan keçirib verə bilərsiniz. (lent.az) /