Maide.az

Yaxşı qarpızı necə seçməli?

Təcrübəli əkinçilər yaxşı qarpızı necə seçə biləcəyimizi başa salıb.   Qarpızın üzərindəki ləkələrin qarpızın yetişməsindən xəbər verdiyini deyən əkinçilər, yaxşı qarpız almağın mühüm əlamətlərini belə izah edib:   - Qarpızın üzərindəki ləkələr, qarpızın torpağa dəydiyi yerlərdir. Qarpız üzərində sarı və açıq ləkəli qarpızlara üstünlük verin.   - Qarpızdakı hörümçək toruna bənzər yerlər, arıların qarpız çiçəklərini mayalandıranda toxunduğu yerlərə işarə edir. Ləkənin çox olduğu qarpızlar, daha şirindir.   - Qarpız saplağının quru olması da qarpızın yetişmiş olduğunun göstəricilərindən biridir. Sapı sarı olan qarpızlar, yeni qoparılmış deməkdir.   - Qarpız seçəndə ən böyük və ya ən kiçik olanlarını yox, orta ölçülü olanlara üstünlük verin.   - Uzun qarpızların sulu, girdə qarpızların şirin olduğunu da unutmayın. (deyerler) /