Maide.az

Yaxın 2-3 gündə Azərbaycanda havanın temperaturu nisbətən isinəcək

Yaxın 2-3 gündə Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 17-22 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə gecə və səhər yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-7, gündüz 7-12 dərəcə isti olacaq. /